Bəy toy gecəsi gəlini o qədər döydü ki...

25 Mart 2025 13:07

Almaniyada bəy toydan sonra gəlini döydükdən sonra toy gecəsini polis nəzarətində keçirib.

Milli.Az xarici mediaya istinadla bildirir ki, hadisə martın 21-də Visbadendə baş verib. Cütlük toydan bir neçə saat sonra yüksək səslə mübahisə etdiyi üçün qonşular əvvəlcə təcili yardım çağırıblar.

Sərxoş bəy polis gələnə qədər qaçıb, lakin axşam saat 9 radələrində küçədə tanımadığı şəxsə bibər qazı ilə hücum etdiyi üçün həbs edilib. Polis əməkdaşları zərərçəkənə köməklik göstərib və xuliqanı şöbəyə aparıblar, lakin sonra buraxıblar.

Bir-iki saat sonra 38 yaşlı kişi sevgilisi ilə yenidən mübahisə edib və bu dəfə onun üzü parçalanana qədər vurub. Nəticədə o, həbs olunub. /Lent.az

Milli.Az