Bu idman avtomobili 101 098 dollara hərracdadır - FOTO

25 Mart 2025 19:36

"Bring a Trailer" onlayn hərracı "AAR-Toyota Eagle HF89" idman avtomobilinə təklif qəbul etməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu avtomobil 1980-ci illərin sonunda "Toyota" və "All American Racers" komandası tərəfindən IMSA yarış seriyası üçün hazırlanan yalnız dörd modeldən biridir.

Avtomobil yarışlarda aktiv şəkildə iştirak edib və 2010-cu illərin ikinci yarısında ilkin vəziyyətinə gətirilməsi üçün 800 min dollar sərf edilib. Avtomobilin mühərriki, yalnız trek şəraitində işləmək üçün nəzərdə tutulmuş 2.14 litrlik dördsilindrli turbomühərrikdir. O, beş pilləli "Hewland" mexaniki sürət qutusu və arxa ötürücü ilə təchiz edilib.

Hərracın sonuna bir neçə gün qalmış avtomobilə təkliflər 101,098 dolları keçib.

Asya
Milli.Az