Bakıda maşın işıqfora çırpıldı - FOTO

25 Mart 2025 09:03

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.

Milli.Az