Yeni Zelandiyada 7,0 bal gücündə zəlzələ baş verib

25 Mart 2025 08:00

Yeni Zelandiya sahillərində 7,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Riverton şəhərindən 159 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. (APA)

Milli.Az