Qonşu ölkədə güclü zəlzələ

24 Mart 2025 18:35

İranın Kirman əyalətinin Hocədək şəhərində Rixter şkalası ilə 5 bal gücündə zəlzələ baş verib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

Məlumata görə, səkkiz kilometr dərinlikdə meydana gələn zəlzələnin intensivliyi o qədər böyük olub ki, Kirman şəhərinin bəzi yerlərində də hiss olunub.

Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Milli.Az