KONKAKAF Millətlər Liqasının qalibi bəlli oldu

24 Mart 2025 16:23

KONKAKAF Millətlər Liqasına yekun vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, turnirin son günündə final və 3-cü yer uğrunda matçlar keçirilib.

ABŞ-də keçirilən həlledici görüşdə Meksika və Panama qarşılaşıb. Raul Himenesin dublu meksikalılara çempionluq qazandırıb - 2:1. 3-cü yer uğrunda qarşılaşmada Kanada ABŞ-ni məğlub edib.

KONKAKAF Millətlər Liqası

23 mart

3-cü yer uğrunda oyun

Kanada - ABŞ - 2:1.

Qollar: Tanitoluva Oluvaseyi, 27, Conatan David, 59 - Patrik Aqyemanq, 35.

Final

Meksika - Panama - 2:1.

Qollar: Raul Himenes, 8, 90+2 (p) - Karrasquilla Alkazar, 45+2 (p).

Milli.Az