Türkiyədə avtobus AŞDI - ölən və yaralananlar var

24 Mart 2025 12:53

Türkiyənin Aydın əyalətinin Kuyucuk rayonunda avtobusun aşması nəticəsində bir nəfər ölüb, 27 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Məlumata görə, avtobus "İsparta Petrol" turizm şirkətinə aiddir.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti cəlb edilib. /"Report"

Milli.Az