DÇ-2026: Bu axşam 6 oyun var

24 Mart 2025 12:54

Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun keçiriləcək.

Milli.Az xəbər verir ki, Litva millisi Finlandiyanı, Albaniya yığması Andorranı, Bosniya və Herseqovina millisi Kipri, İngiltərə yığması Latviyanı, Polşa millisi Maltanı, San-Marino isə Rumıniyanı qəbul edəcək.

Qeyd edək ki, seçmə mərhələnin mart siklinə ayın 25-də altı oyunla yekun vurulacaq.

24 mart

Saat 21:00, Litva - Finlandiya;

Saat 23:45, Albaniya - Andorra;

Saat 23:45, Bosniya və Herseqovina - Kipr;

Saat 23:45, İngiltərə - Latviya;

Saat 23:45, Polşa - Malta;

Saat 23:45, San-Marino - Rumıniya.

Milli.Az