"BakuBus" Yasamalda ağaca ÇIRPILDI - FOTO

24 Mart 2025 10:14

Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən "BakuBus" MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu ağaca çırpılıb.

Sözügedən hadisə nəticəsində ağacın qarşısında duran avtomobilə zərər dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az