ABŞ İrana qarşı döyüş əməliyyatlarına əl ata bilər

24 Mart 2025 08:21

ABŞ-nin müəyyən şəraitdə İrana qarşı döyüş əməliyyatları apara bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.

"Biz bütün məsələləri hərbi yolla həll etməyə ehtiyac duymuruq, lakin bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirsələr, biz döyüş əməliyyatlarına əl atmayacağıq, biz bunu müəyyən şəraitdə edəcəyik", - o, müvafiq suala cavabında bildirib.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi "İranın nüvə bombasına sahib olmaması"dır.

"Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir", - diplomat qeyd edib.

Daha əvvəl oxşar fikri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da səsləndirmişdi.

Milli.Az