Türkiyə millisinin üzvü eşqini belə elan etdi - FOTO

23 Mart 2025 22:49

Türkiyə millisinin və İngiltərənin "Brayton" klubunun futbolçusu Ferdi Kadıoğlu sevgilisi Sera Vrijə evlilik təklif edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Sən və mən, sonsuza qədər və həmişə...", - deyə Ferdi paylaşımına yazıb.

Onların fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.

Qeyd edək ki, Ferdi kimi Hollandiyada anadan olan 28 yaşlı Sera gözəllik və kosmetika mərkəzinin sahibidir.

Milli.Az