İran: “Artıq vəziyyətimiz yaxşıdır, danışıqlar mümkün deyil”

23 Mart 2025 21:35

Müəyyən şeylər dəyişmədikcə, ABŞ ilə danışıqlar mümkün deyil.

Milli.Az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

"Tehranla danışıqlardan əvvəl Vaşinqton öz siyasətini düzəltməlidir", - Əraqçi bildirib.

Nüvə prqoqramı ilə bağlı məsələyə gəlincə, İran xarici işlər naziri qeyd edib:

"Fikrimcə, 2015-ci il müqaviləsini indiki formada bərpa etmək olmaz. Bu, maraqlarımıza uyğun deyil, çünki nüvə proqramı ilə bağlı vəziyyətimiz xeyli yaxşılaşıb və artıq əvvəlki şərtlərə qayıda bilmirik". (Teleqraf)

Milli.Az