Qaxda iynə vurulandan sonra ölən qadının FOTOSU

23 Mart 2025 23:22

23:22

Qax rayonunda evdə iynə vurulandan sonra şoka düşərək ölən qadının fotosu yayılıb.

Milli.Az oxu.az-a istinadən həmin fotonu təqdim edir:

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanova Qax rayonu, Tasmalı kənd məktəbinin müəllimi olub.

-----------
16:25

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Milli.Az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan "Seftriakson" dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az