17 yaşlılarımız da ümidimizi puç etdi: yenə böyük hesabla UDUZDUQ

23 Mart 2025 17:10

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Milli.Az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.

Milli.Az