Trampdan Türkiyəyə gözlənilməz SÜRPRİZ

23 Mart 2025 17:58

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 təyyarələrinin satışını bərpa etməyi düşünür.

Milli.Az xəbər verir ki, bu barədə FOX kanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp Türkiyəyə F-16 qırıcılarının satışının tamamlanmasına kömək etmək niyyətindədir.

"Hər iki tərəf Rusiyanın S-400 sisteminin yararsız olması barədə razılığa gələ bilsə, Tramp Türkiyəyə F-35 qırıcılarını satmaq fikrinə açıqdır. Trampın komandası Türkiyəni "Amerikanın düşmənlərinə sanksiyalar yoluyla mübarizə Akt"ını pozan ölkələr siyahısından çıxarmağın yollarını axtarır". /Modern.az

Milli.Az