ABŞ onları “qara siyahı”dan çıxardı

23 Mart 2025 16:31

ABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.

Milli.Az-ın məlumatına görə, bu barədə "Ariana News" mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin "qara siyahı"sından çıxarılıb.

Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib. /"Report"

Milli.Az