Putini yaxşı tanıyıram - Tramp

23 Mart 2025 13:46

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyətini rasional adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  Tramp bu barədə "OutKick" portalına müsahibəsində deyib.

"Putinlə mən çox rasional müzakirələr apardıq, mən sadəcə insanların ölməsini dayandırmaq istəyirəm", - Tramp bildirib.

Tramp əlavə edib ki, Putini çox yaxşı tanıyır.

Milli.Az