Ukrayna buna görə uğurlu ola bilmədi - Çexiya Prezidenti

23 Mart 2025 12:26

Ukraynanın 2023-cü ildəki əks-hücumu uğursuzluğa düçar oldu, çünki Ukrayna Silahlı Qüvvələrinin uğur qazanması üçün zəruri olan qüvvələr nisbəti mövcud deyildi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çexiya Prezidenti Pyotr Pavel bildirib.

Onun sözlərinə görə, iki il əvvəl Ukrayna bütün işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum planlaşdırdığı zaman uğur üçün zəruri şərtlər mövcud deyildi.

"Hərbi nəzəriyyəyə görə, uğurlu əks-hücum üçün qüvvələr nisbəti ən azı 3:1, daha yaxşısı isə 5:1 olmalıdır. Lakin bunun əvəzinə Ukrayna və Rusiya arasındakı qüvvələr nisbəti hətta Rusiyanın xeyrinə idi".

Onun fikrincə, belə bir nisbət şəraitində əks-hücum bütün əraziləri azad edəcək qədər uğurlu ola bilməzdi.

Milli.Az