İsraili nişan alıb, Ərəbistanı vurdular - ballistik raketlə

23 Mart 2025 10:46

Yəməndə İranın dəstəklədiyi husilərin İsrailə atmaq istədikləri ballistik raket Səudiyyə Ərəbistanına düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Türkiyə mediası məlumat yayıb.

İsrail ordusu raketin aşkar edildiyini, lakin heç bir təhlükə olmadığı üçün sirenlərin işə salınmadığını bildirib.

Raketin Ərəbistanda boş əraziyə düşdüyü təxmin edilir.

Milli.Az