Sumqayıtda 3 yaşlı uşaq qəfil öldü

22 Mart 2025 23:14

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. /APA
 
Milli.Az