İstanbulda polislərlə vəkillər arasında dava - VİDEO

22 Mart 2025 23:07

"Terror" və "korrupsiya" istintaqı çərçivəsində saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu polis bölməsindəki ifadəsi tamamlandıqdan sonra digər 91 şübhəli ilə birlikdə Çağlayan Ədliyyəsinə aparılıb. 

Milli.Az xəbər verir ki, məhkəmə binası qarşısında polislə vəkillər arasında gərginlik yaşanıb. Ədliyyə binasına daxil olmaq istəyən vəkillərə polis müdaxilə edib,  onlar arasında əlbəyaxa dava olub.  (Unikal)

Milli.Az