Braziliya millisində ciddi itki - FOTO

22 Mart 2025 23:33

Braziliya millisinin qapıçısı Alisson komandanın düşərgəsini tərk edib.

Milli.Az xəbər verir ki, buna qolkiperin zədələnməsi səbəb olub.

O, DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə görüşündə (2:1) xəsarət alıb. Beyin silkələnməsi şübhəsi olan qapıçı başgicəllənməsi səbəbindən əvəzlənib. O, "Liverpul"un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək.

Qeyd edək ki, Braziliya növbəti seçmə oyununu səfərdə Argentinaya qarşı keçirəcək. (Bizim.Media)

Milli.Az