ABŞ-də atışma - 3 ölü, 14 yaralı var

22 Mart 2025 21:10

Amerikanın Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, polis hələlik şübhəlilərin kimliyini müəyyən etməyib.

Parka gedən bütün yollar bağlanıb.

Milli.Az