Xalq artisti öldü bildiyi qohumu ilə görüşdü: 55 il sonra - FOTO

22 Mart 2025 19:00

"Səni axtarıram" verilişində təsirli anlar yaşanıb. 

Milli.Az xəbər verir ki, Xalq artisti Şeyx Əbdülün öldüyü deyilən əmisioğlu Hümmətalı Cənnətoğlunun sağ olduğu ortaya çıxıb.

O studiyaya gələrək Şeyx Əbdüllə görüşüb.

55 ildən sonra ilk dəfə "Səni axtarıram"da görüşən qohumlar göz yaşlarını saxlaya bilməyiblər. 

Milli.Az