Qısqanc qadın ərini yandırıb öldürdü - FOTO

16 İyul 2012 12:44
Kişi aldığı yanıq yaralarından xəstəxanada, iki həftə davam edən ağrı və əzabdan sonra ölüb.
Milli.Az "San Jose Mercury News"a istinadən bildirir ki, 39 yaşlı Hesusa Tatad qətldə suçlanır.

O, 600 kvadrat metrlik mənzildə sabiq əri ilə birlikdə kiçik, ikiotaqlı mənzildə yaşayırdı.
Tatadın dediyinə görə, sabiq ərini başqa qadınla görəndə dözə bilməyib: "Hirsləndim. Ərim yatanda onun üzərinə qaynar su tökdüm".

36 yaşlı Ronni Tatad xəstəxanaya aparılıb. Bədəninin 55 faizindən artığıı yanmış Ronni iki həftədən sonra, infeksiya nəticəsində ölüb.
Hesusa və Ronni 2007-ci ildə boşansalar da, Kaliforniya ştatındakı Deyl-Sitidəki mənzildə birlikdə yaşayırdılar.

Məhkəmə prosesində prokuror bildirib ki, üzərinə qaynar su tökülmüş Ronni Tatad üzərinə tökülən qaynar suyun ağrısından qıvrılaraq oyananda Hesusa onun başına beysbol zopası ilə iki dəfə vurmuşdu.

Polis hadisə yerinə gələndə Ronninin dərisi parça-parça bədənindən ayrılırdı.
Prokuror onu da vurğulayıb ki, Hesusa Tatad qətlə əvvəlcədən hazırlaşıbmış.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.