Erməni merin arvadının obyektində atışma - Ölən var - FOTO

22 Mart 2025 15:13

Ötən gecə Ermənistanın Eçməzdin vilayətindəki maye qaz doldurma məntəqəsində atışma olub.

Milli.Az bildirir ki, nəticədə bir nəfər aldığı güllə yaralarından ölüb.

Ölənin 36 yaşlı Armavir sakini Artur Paronyan olduğu açıqlanıb.

O da məlum olub ki, hadisənin baş verdiyi obyekt Eçməzdinin meri Diana Qasparyanın ərinə məxsusdur. /Apa

Milli.Az