Bakıda hamamda qadın meyiti tapıldı

22 Mart 2025 11:53

Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, martın 21-i saat 19 radələrində 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maxsudova yaşadığı H.Əliyev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az