"Ermənistan və Azərbaycanla bağlı əsl xəbər budur"

22 Mart 2025 11:29

İndi eskalasiya üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində sərhəddəki gərginliklə bağlı sualı cavablandırarkən deyib.

"Əsl xəbər budur ki, sülh sazişinin mətni razılaşdırılıb və imzalanmasını gözləyir", - o bildirib.

Milli.Az