Yeni doğulan uşaqlara bayram abu-havalı adlar qoyuldu

22 Mart 2025 19:11

Azərbaycanda Novruz, Bayram və Bahar kimi adlar adətən bayram ərəfəsində doğulan uşaqlara qoyulur.

Milli.Az xəbər verir ki, son 5 ildə bu 3 ad ümumilikdə 869 uşağa verilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, 109 uşağa Novruz, 141 uşağa Bayram, 619 uşağa isə Bahar adı qoyulub.

Milli.Az