Tramp meydan oxudu: Müharibəyə hazırıq

22 Mart 2025 09:08

"ABŞ Çin ilə müharibə aparmaq niyyətində deyil, lakin ABŞ Silahlı Qüvvələri belə bir münaqişə üçün yaxşı təchiz olunmuşdur."

Milli.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə Pentaqon rəhbəri Pit Heqsetlə jurnalistlərə müsahibəsi zamanı deyib.

"Çinlə potensial bir müharibə istəmirik, amma deyə bilərəm ki, başlasa, bunun üçün çox yaxşı təchiz olunmuşuq", - deyə Tramp bildirib. /APA

Milli.Az