CHP fövqəladə qurultay keçirəcək

22 Mart 2025 00:10

Türkiyədə ana müxalifət partiyası fövqəladə qurultay keçirəcək.

Milli.Az-ın xəbərinə görə, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl bildirib.

Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları CHP-nin son qurultayının iştirakçılarına pul paylanması yönündə iddiaları araşdırır. /lent.az

Milli.Az