İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxdı

21 Mart 2025 21:18

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ekrem İmamoğlunun adına müxtəlif yollarla əldə edilmiş çoxsaylı daşınmaz əmlak qeydiyyatdadır.

Onun Balıkəsir, İstanbul-Beylikdüzü, Çanaqqala və Bayramiçidə 17 ədəd daşınmaz əmlakı satış yolu ilə əldə etdiyi, Həsən İmamoğlu adlı şəxsdən isə Balıkəsir-Edremitdə yerləşən 5 ədəd daşınmaz əmlakın bağışlanma yolu ilə bələdiyyə sədrinin adına keçdiyi bildirilib.

Qeyd olunub ki, İmamoğlunun 2020-2025-ci illərdə müxtəlif tarixlərə aid ticarət fəaliyyətləri zamanı fırıldaqçılıq halları aşkar olunub.

Milli.Az