Xalq artisti Aygün Kazımova yeni tikdirdiyi evindən danışıb.
Milli.Az xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində bu haqda sualları cavablandırıb.
"Bunu çox açıqlamaq istəmirəm. Mən torpaq almışam. Orada istədiyim evimi tikdirəcəyəm. Parçalanmış yerlərdə saxlanılan geyimlərimi, aksesuarlarımı bir yerə yığacağam. Mən orada pavilyon, studiya, çəkiliş meydançası tikəcəyəm. Mən ev yox, əməlli kinostudiya tikirəm" deyə, Pop kraliça evi haqqında deyib. (Axşam.az)
Milli.Az