Külək Bakıda ağacları aşırdı

21 Mart 2025 17:15

Martın 19-dan 20-nə keçən gecə güclü külək nəticəsində paytaxtda 12 ağac sınıb, 2 ağacın isə budaqları qırılıb.

Bu barədə Milli.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, ağacların aşması, əsasən, Nərimanov, Yasamal, Nizami rayonlarında qeydə alınıb:

"Birliyin əməkdaşları dərhal sınmış ağacları kəsərək ərazini təmizləyib. Budaqları qırılan ağaclarda isə budanma işləri aparılıb".

Milli.Az