Sürücülərin nəzərinə!

21 Mart 2025 15:10

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişib. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.

Milli.Az