Daha bir nəfər spirtdən zəhərlənib öldü

21 Mart 2025 13:00

Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az xəbər verir ki, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az