Mövqelərimiz gecə ərzində atəşə tutuldu

21 Mart 2025 11:24

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Milli.Az