Bakıda 2 bahalı maşın YANDI

21 Mart 2025 09:10

Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" və "Ford" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Milli.Az