Balıq bazarında yerli dəniz məhsulları azaldı - VİDEO

21 Mart 2025 08:47

Paytaxtın balıq bazarında yerli dəniz məhsulları azalıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yerli məhsullar isə xarici ölkələrdən bazara gətirilən məhsullardan az, qiyməti isə bahadır.

Satıcıların sözlərinə görə, bayrama görə hazırda balığa təlabat artıb.

Onların sözlərinə görə, təklif edilən balıqların əksəriyyəti süni  göllərdə yetişdirilir.

Alıcılar arasında isə  yerli məhsullara üstünlük verənlər də az deyildi.

Mütəxəssislər isə deyir ki, balıq bazarında qiymət artımı bayramla bağlıdır. Bayramdan sonra  qiymətlərdə təxminən 15-20 faiz ucuzlaşma gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az