Bayramı qeyd etməyə getmişdi - Ailə faciəsi

20 Mart 2025 21:20

Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməyə gedənuşaq ağır xəsarət alıb

Milli.Az bildirir ki, unikal-ın məlumatına görə, hadisə Biləsuvarın Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, Bakıda yaşayan ailə doğma kəndinə Novruz bayramını qeyd etmək üçün gəlib. Ailənin 6 yaşlı övladı G. N. Niyaməddin qızı ehtiyatsızlıqdan pilləkandan yıxılıb.  

Ağır xəsarət alan uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az