Dibala və "Roma" üçün pis XƏBƏR

20 Mart 2025 18:24

İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala zədələnərək mövsümü erkən başa vurub.

Milli.Az xəbər verir ki, 31 yaşlı hücumçu A Seriyasının XXIX turunda "Kalyari" ilə matçda sol ayağından zədə alıb.

Argentinalı oyunçu yaxın günlərdə əməliyyat olunacaq.

P.Dibalanın 3 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. "Report"

Milli.Az