Sabah hava necə olacaq?

20 Mart 2025 13:01

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Lakin gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək

Havanın temperaturu:

Gecə: 3-6° isti
Gündüz: 6-11° isti

Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu:

Gecə: 3-8° isti
Gündüz: 9-14° isti
Dağlarda gecə: 3-8° şaxta
Dağlarda gündüz: 2° şaxtadan 3°-dək isti

Milli.Az