Makron Zelenskini vaxtsız yığdı, reaksiyası GÜNDƏM OLDU - VİDEO

20 Mart 2025 13:15

Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlərin suallarına cavab verərkən Fransa lideri Emmanuel Makron ona zəng edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəngə cavab verən Zelenski hazırda jurnalistlərlə söhbət etdiyini və danışa bilmədiyini bildirib.

O, fransalı həmkarına 15-20 dəqiqə sonra ona geri zəng edəcəyini qeyd edib. Jurnalistlərlə söhbətinə qayıdan Zelenski E.Makronla gündə azı bir dəfə telefonla danışdıqlarını vurğulayıb. 

Zəngin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az