Şahzadə arxivini üzə çıxardı - FOTOlar

20 Mart 2025 16:04

Şahzadə Meqan Markl sosial şəbəkədə arxiv fotosu ilə diqqət çəkib.

Milli.Az bildirir ki, şəkildə Susseks hersoginyasının 1999-cu ildə Məryəm heykəlinin qarşısında poza verərkən gülümsəməsi əks olunub.

Xatırladaq ki, 43 yaşlı Meqan Markl 2018-ci ildə Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri ilə ailə həyatı qurub. Cütlüyün iki övladı var: beş yaşlı oğlu Arçi və üç yaşlı qızı Lilibet. 2020-ci ildə cütlük krallıq vəzifələrini tərk edərək Kaliforniyaya köçüb. Cütlük tez-tez tənqid olunur və internetdə onların evliliyindəki problemlər barədə şayiələr yayılıb. /olay.az

Milli.Az