Tanıdığımız və tanımadığımız İtaliya

15 İyul 2012 22:23
Bu şəhərdəki bütün abidələri, məbədləri, arenaları sayıb qurtarmaq çətindir. Buna baxmayaraq, onun bütün gözəlliklərini dərk etmək mümkündür.
 
Onu da deyək ki, ölkədə italyanlar əhalinin 98 faizini təşkil etsələr də, burada digər etnik qruplar, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar da yaşayırlar.

İtaliya ənənəvi turizm ölkəsi olduğu üçün turizmlə bağlı sosial iaşə və xidmət sahəsində italyan dili ilə yanaşı, ingilis və fransız dillərindən də istifadə edirlər.

Ölkənin iqlimi subtropik (Aralıq dənizi zonası) və mülayimdir. Şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi (iyulda +22C + 24 C) hökm sürür. Ada hissəsində isə iqlim Aralıq dənizi iqliminə bənzəyir.  Alp dağlarını çıxmaq şərti ilə bu ərazilərə qar nadir hallarda yağır. Bu da İtaliyada ilboyu turizmin inkişaf etdirilməsinə imkan verir.

İtaliyaya gələn turistlər pul vahidi kimi avrodan daha çox istifadə edirlər. Restoranların və mağazaların əksəriyyəti pul dəyişdirmir, ona görə də hava limanına çatan kimi pulu orada avro ilə dəyişdirmək daha məqsədəuyğundur. Bir çox ölkələrdə olduğu kimi, İtaliyada da valyutanı dəyişdirmək üçün pasport təqdim etmək lazımdır. Mübadilənin ən yüksək məbləği 500 ABŞ dolları və ya ona ekvivalent olan avrodur.

İncilər ölkəsi

Xatırladaq ki, dünya mədəni mirasının 60%-i İtaliyada yerləşir.

Təbii ki, İtaliya haqqında söhbətə öncə Romadan başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış Kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur.

Leonardo da Vinçi və Dantenin, Kolizey və Piza qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan turistləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş, hər şeydə görünür, hiss edilir. Sadaladığımız və adını çəkmədiyimiz hələ neçə ünvana üz tutduqdan sonra  "əbədi şəhər" Roma ürəyinizi fəth edəcək.

Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada, demək olar ki, hər bir ev incəsənət abidəsidir. Karnavallar vətəni olan Venesiya şəhərini 122 adaya bölən, çoxsaylı kanallarla hərəkət edən motorlu qayıqlar bütün turistləri cəlb edir. Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milanda isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız.

İtaliya həmçinin gözəl çimərlikləri ilə də fərqlənir. Burada rahat istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər buraya xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın "çəkmə"si üzərindən uçmaq üçün gəlirlər.

İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədim muzeylər. Ən əsası isə odur ki, bu ölkədə alicənab kişilər yaşayırlar.

Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etmək məsləhət görülür: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya. Hərdən bu sıraya Verona da əlavə olunur. Sonradan qayıdıb-qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır. İtaliyanın cənubu çox gözəldir, valehedicidir. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.

İtaliyaya getməyə hazırlaşarkən, nəzərə alın ki, vilayətlərin əksəriyyətində əhali çox yayılan xarici dilləri  başa düşmürlər. Danışsalar da belə, siz heç nə başa düşməyəcəksiniz. Bu xoşagəlməzlik sizi ən gözlənilməz yerlərdə, restoranlarda və ya otellərdə yaxalaya bilər. Buna görə deməyə həmişə sözünüz olsun deyə danışıq kitabçasını götürməyi unutmayın.

Qəribəliklər dövləti

İtaliyanın 20 vilayəti var, hamısı da bir-birindən fərqlənir. Əgər siz onların bir və ya ikisində olmusunuzsa, deməli, heç İtaliyada olmamısınız. Hər bir vilayət öz fərqli dialektinə məxsusdur. Qonşu regionda olanlar bir-birinin dilini başa düşməyə bilərlər. Bu vilayətlər qurumlara bölünür ki, hansı ki, onların da öz dialektləri var və qonşularını anlamaya bilərlər. Siciliya, Kolabriya və Kopaniya müəssisələri gəlirlərinin 80%-ni mafiyaya xərac kimi ödəyir. İtaliyada körpələr evi yoxdur. Küçə heyvanları da yoxdur.

Ailələrdə kişilər qadınlardan çox qorxurlar.  Bu ölkədə sürücülük qaydalarına görə ötmə zamanı maşının arxa işıqları ilə xəbərdarlıq edilə bilər. Halbuki digər Avropa ölkələrində bu işə görə sürücülər cərimə olunurlar.

Nə qədər ki, cənubdasınız, daha dostcanlıq görəsəksiniz. Demək olar ki, bütün İtaliyada su kranındakı problemlərə görə krandan birbaşa su içmək qadağandır.

Mətbəxi regionlarına görə bir-birindən fərqlənir.

İtalyanlar və ispanlar bir-birlərini dillərinin oxşarlığına görə başa düşürlər.

Demək olar ki, şirə içmirlər və bir çox restoranlarında da siz meyvə şirəsi tapa bilməzsiniz.

Bu ölkədə alış-veriş zamanı mütləq çek almaq vacibdir. Yoxsa mağazadan çıxan zaman sizi polis saxlaya bilər və çek tələb edə bilər - hətta bu, aldığınız peraşki belə olsa. Əks halda, sizi böyük miqdarda cərimə edə bilərlər.

İtaliya ərazisində 2 dövlət mövcuddur: San-Marino və Vatikan.

Sadə və hətta "elə-belə" dediyimiz geyimlərə üstünlük verirlər. Milan, Roma və s. çıxmaqla, ən çox qara rəngi sevirlər.

Bu ölkədə gecə çimərliyə getmək qadağandır, getsəniz, 1000 avro cərimə verməli olacaqsınız.

Ali məktəbə qəbul olmaq üçün orada imtahan vermirlər, hamını qəbul edirlər.

Universitetlərində imtahanları kim nə vaxt istədi, verir, mühazirələr olmur.

İşləməyi çox da sevmirlər. Onlara bu barədə söz də deyəndə xətirlərinə dəyir.

Uşaqlarını o dərəcədə çox sevirlər ki, onlara hər şey etməyə icazə verirlər. Əgər qonaqlıqda uşaqlardan biri üstünüzə tomat töksə, siz gərək gülümsəyib "necə də gözəldir" deməlisiniz.

Musiqinin və teatrın vurğunudurlar. Onlar hətta teatra getmək üçün illik abunə bileti alırlar.

Avqust ayında bütün ölkə məzuniyyətə gedir. Hətta böyük şirkətlər də işini dayandırır.

Bir çox rayonlarında, cümə günü kişilərin günüdür. Qızların həmin gün kafe və barlara getmələri qadağandır.

"Zaman Azərbaycan"