Qərar verildi: ÇL finalı Bakıda olacaq?

19 Mart 2025 21:09

2027-ci ildə keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyi edəcək ölkə bəlli olub. 

Milli.Az xəbər verir ki, indiyə qədər 2 şəhər namizədliyini irəli sürmüşdü: Madrid və Bakı. İspan jurnalist Xosep Pedrerolun yaydığı məlumata görə, "Vanda Metropolitano" stadionu prestijli oyuna ev sahibliyi edəcək. 

Qeyd edək ki, 2025-ci il ÇL finalı "Allianz Arena"da, növbəti ilin həlledici qarşılaşması isə "Puşkaş Arena"da keçiriləcək.  (Offsideplus.az)

Milli.Az