Ağdamda iki nəfər bıçaqlandı

19 Mart 2025 21:00

Ağdamda 2 nəfər bıçaqlanıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, bıçaqlanma hadisəsi rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.

Belə ki, yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu bədənin müxtəlif nahiyələrindən, sarğı nahiyyəsi, sol qol altı nahiyyəsi və kürək nahiyəsindən xırda kalibrli bıçaqla, qarın nahiyəsindən isə iri kalibrli bıçaqla xəsarət yetirilib.

Digər rayon sakini 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu da qarının sağ hissəsindən xırda kalibrli bıçaqla bıçaqlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az