Rusiyanın paytaxtı Moskvada, Nijniya Maslovka küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzildə partlayış baş verib.
Milli.Az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Hadisə şahidinin lentə aldığı görüntülərdən məlum olur ki, partlayış dalğası pəncərəni sındıraraq şüşə qırıntılarını küçəyə səpələyib.
Məlumata görə, partlayış səhər saat 6 radələrində dörd nəfərin yaşadığı üçotaqlı mənzildə baş verib.
"Shot" kanalı yazıb ki, partlayış mənzil sahibinin qumbara formasında olan alışqanını doldurmağa çalışdığı an baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Moskva prokurorluğu partlayışın səbəblərini araşdırmağa başlayıb. /BAKU.WS
Milli.Az