Bakı-Astara magistral yolunda hərəkətdə olan iritonnajlı yük avtomobilinin sürücüsü ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Namık Mehder idarə etdiyi TIR-la hərəkətdə olarkən halı pisləşib. O, Salyan xəstəxanasına müraciət edib. Həkimlər onun səhhətində yaranan problemin ciddi olduğunu bildirib. N. Mehder isə həkimlərin göstərişinə əməl etməyərək maşınını saxladığı əraziyə qayıdıb.
O, sükan arxasına əyləşib yola davam etmək istəyərkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az