Türkiyədə Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var - VİDEO

19 Mart 2025 13:47

Qaziosmanpaşada Ramazan tədbirində çadırın çökməsi nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Mərkəzi Rayon Cümhuriyyət Meydanında qurulan tədbir çadırında çox sayda insan olub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti yaxşıdır.

Hadisə yerində polis qrupları araşdırma aparıb və səhnənin çökməsi anı telefon kamerası ilə qeydə alınıb.

Milli.Az